Ötən gün avtomobil qəzası zamanı həyatını itirmiş Günel Ələsgərovanın qayınanası Həqiqət Hüseynova ATV-də yayımlanan "Bizimləsən" verilişində danışıb.
Bizim.Media xəbər verir ki, şəhid Rəhim Hüseynovun anası ölümündən iki dəqiqə əvvəl gəlini ilə danışdığını deyib:
"Biz Şəhidlər Xiyabanına ziyarətə getmişdik. Mən Rüfəti (nəvəsi) götürüb özümlə qayıtdım. Günelə zəng vuranda mənə dedi ki, çayı qızdır gəlirəm. İki dəqiqə sonra mənə yenidən onun telefonundan zəng gəldi. Danışan başqa bir kişi idi. Mənə bildirdi ki, uşağı götürüb gedəcək. Güneli soruşdum ki, bəs o hanı? Dedi ki, xəbəri yoxdur, hadisə yerindən keçərkən uşağı görüb və dayanıb. Maşının yanında Təcili tibbi yardım maşınları var və kimi hara apardıqlarını bilmir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:53 / 22.10.2021
Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıbmış – VİDEO
Hazırda oxunan: Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıbmış – VİDEO
Hazırda oxunan: Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıbmış – VİDEO
42787
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.