Təhsil Azərbaycanda əvvəlki kimi olmayacaq 

Hazırda oxunan: Təhsil Azərbaycanda əvvəlki kimi olmayacaq 

0:00
0:00
42778

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, iclası açan komitənin sədri Bəxtiyar Əliyev gündəliyi təqdim edib. 

O bildirib ki, gündəliyə ikinci oxunuşda “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri daxildir. 

Gündəliyin təsdiqindən sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev birinci oxunuşdan sonra layihələrlə bağlı görülmüş işlər barədə məlumat verib, deputatların dəyişikliklər barədə müsbət fikirlər söylədiklərini və sənədləri konseptual baxımdan dəstəklədiklərini bildirib. 

Sonra komitə sədri Bəxtiyar Əliyev hər iki layihənin ikinci oxunuşu barədə məlumat verib.

O, Azərbaycanda müasir dövrün əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması üçün peşə təhsili sisteminin keyfiyyətinin artırılması və genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, regional peşə təhsili mərkəzlərinin istifadəyə verilməsinin əhəmiyyətini qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin