Hikmət Hacıyev blogerlərə SƏSLƏNDİ – “Xahiş edirəm ki…” 

Hazırda oxunan: Hikmət Hacıyev blogerlərə SƏSLƏNDİ – “Xahiş edirəm ki…” 

0:00
0:00
42747

“Bu gün Azərbaycan qarşısına yeni mübarizə qoyub. Bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağın yenidən qurulmasıdır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurası mediaforumunda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Qarabağda 10 min kv.km-dən artıq Azərbaycan torpaqları tamamilə dağıdılıb və məhv edilib.

XXI əsrdə bir torpağın, şəhərin bu formada dağıdılması ağlasığan mənzərə deyildi. Türk Şurası ölkələrinin media nümayəndələri dağıdılmış ərazilərə dəfələrlə səfər edib, mediaturlara qatılıb. Onlar Azərbaycanın məhv edilmiş şəhərini, törədilmiş vandallıq aktlarını dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Yenə də blogerlərdən, media nümayəndələrindən xahiş edirəm ki, Azərbaycanın haqq səsinə səs verək”. 

Prezidentin köməkçisi məqsədimizin qisas olmadğını vurğulayıb:

“Məqsədimiz gələcək sülhə, barışa çağırışdır. Bizim məqsədimiz bu kimi əməllərin dünyada gələcəkdə baş verməsinin qarşısının alınmasından ibarətdir. Eyni zamanda Qarabağda Azərbaycan və türk xalqına məxsus olan dərin mədəni və tarixi irs var. Təəssüflə qeyd etməliyik ki, bu mədəni irsimiz də illər ərzində, 30 il ərzində məhv edilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin