Ruslar peyvəndimiz yaxşıdır deyir – YAN TƏSİRLƏRİ 

Hazırda oxunan: Ruslar peyvəndimiz yaxşıdır deyir – YAN TƏSİRLƏRİ 

4272

Koronavirus peyvəndindən sonra baş verə biləcək yan təsirlər hansılardır? Bu suala müxtəlif cavablar ola bilər.

İlkin olaraq Rusiya istehsalı olan vaksinlərin yan təsirləri haqda danışacağıq. İstinadımız təbii ki, Rusiya mətbuatı və mütəxəssisləridir.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, koronavirusa qarşı qeydiyyatdan keçmiş rus peyvəndləri təsirli və təhlükəsizdir. 

Əksər hallarda, “Sputnik V” koronavirus peyvəndi narahatlığa səbəb olmadan yaxşı təsir edir. Bununla yanaşı, əgər xoşagəlməyən narahatlıq halları baş verərsə, xüsusi təlimat kitabçası vasitəsilə bu kimi halların qarşısı alinmalıdir.

Xüsusilə xəstələrin 5,7% -i bədəndə və əzələlərdə ağrı, üşümək, istilik hissi, baş ağrısı və ya 37 dərəcədən yuxarı bir temperatur hiss edə bilər ki, bu isə öz növbəsində bədənin normal fərdi reaksiyasının əlamətlərindən biridir. Lakin termometrdə 39 dərəcədən yuxarı bir işarə varsa mütləq təcili yardım çağırılmalıdır.

Rusiyalı həkimlərin açıqlamalarına görə, peyvənddən sonra inyeksiya yerində ağrı, qaşınma, şişlik və qızartı görünsə də, çox vaxt buna müalicə tələb olunmur.

Bundan başqa, burun tıxanıqlığı, burun axıntısı və ya boğaz ağrısı əlamətləri də hiss oluna bilər ki, bu zaman xəstələrin qarqara etmələri, bol maye içmələri və burun spreyindən istifadə etmələri tövsiyə olunur.

Ayfər Nizaməddin qızı, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin