Dünən ölkəmizdə və dünyada nə baş verib? – QISA XRONİKA

Hazırda oxunan: Dünən ölkəmizdə və dünyada nə baş verib? – QISA XRONİKA

42713

Bizim.Media dünən ölkəmizdə və dünyada baş verən hadisələrin qısa xronikasını sizə təqdim edir:

- BNA sərnişindaşıma şirkətlərinə son xəbərdarlıq edib.

- Rusiyalı ekspert: "Moskva Ermənistanı Rusiyanın "baş ağrısı" adlandırır".

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın ilə görüşüb.

- Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aygün Muradxanlının bank dələduzları ilə bağlı paylaşımına münasibət bildirib.

- Türkiyə Müdafiə Nazirliyi Azərbaycan komandosu ilə bağlı tvit  yazıb.

- “Twitter”, “Тwitсh” və “Snарсhаt” servislərindəki hesabları bloklanan ABŞ-ın sabiq prezidenti Donald Tramp yeni sosial şəbəkə yaratmağa qərar verib.

- Saakaşvilinin həbsxanadan ilk görüntüsü yayılıb.

-Ərdoğan: “İran İsrail və Azərbaycan arasındakı münasibətlərə görə Azərbaycanı hədəfə çevirə bilməz”.

- Rusiyanın Lukoyl şirkətinin sahibi, azərbaycanlı iş adamı Vahid Ələkbərov Bakıya gəlib.

-Ərdoğan: “Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli hava limanının açılışında iştirak edəcəyəm”.

-Aşot Arutyunyan: “Artsax” respublikasının “prezidenti” Araik Arutyunyan Qarabağdakı “ordunu” ləğv etmək niyyətindədir”.

- Amerikalı jurnalist qızın Putinə qarşı flirt cəhdi uğursuz olub.

-Putin: “Azərbaycan-Ermənistan sərhəd məsələsi bu xəritələr əsasında həll ediləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin