Tibbdə yenilik: Xəstələr uzaqdan müayinə olunacaq - FOTO

Hazırda oxunan: Tibbdə yenilik: Xəstələr uzaqdan müayinə olunacaq - FOTO

42704

Türkiyədə yaradılan və xəstələrə uzaqdan müdaxilə etmək imkanı verən hologram sistemi sayəsində həkimlərin işi daha da asan olacaq.

Bizim.Media xəbər verir ki, bu sistem 2017-ci ildə İstanbul Tibb fakültəsinin uşaq cərrahı mütəxəssisi doktor Mürsel Haspulatın təklifi və tələbəsi Funda Karagöz ilə birlikdə hazırlanıb. Sistem sadə, lakin təsirlidir.

Sistemdə süni intellektin köməyi ilə virtual reallıq eynəkləri və holoqram texnologiyası var.

Xəstəyə uzaqdan müdaxilə etməklə yanaşı, tibb fakültəsi tələbələrinin virtual xəstələr haqqında təhsil ala biləcəyi layihə, Türkiyə texnologiya festivalında "Təhsil Texnologiyaları" sahəsində Türkiyə finalçı olub. Layihə əslində pilotların təlim aldığı uçuş simulyatorları ilə eyni məntiqə malikdir. Tələbələr bu sistem sayəsində holografik xəstələr haqqında təhsil ala biləcəklər.

Layihə həm də uzaqdakı mütəxəssislərə müdaxilə etmək şansı verəcək.

Müayinə və ya əməliyyat zamanı əməliyyatı aparan mütəxəssis uzaqda olan həmkarlarından kömək ala biləcək. Məsafələri ortadan qaldıran bu sistemi dizayn edərkən, kifayət qədər təcrübəsi olmayan tələbələrdən kömək alınıb. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin