Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aygün Muradxanlının bank dələduzları ilə bağlı paylaşımına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, nazirlik jurnalistin paylaşımını nəzarətə götürüb.
"DİN jurnalistə təşəkkür edib, məsələ nəzarətə götürülərək araşdırılır", - o vurğulayıb.
Qeyd edək ki, jurnalist A.Muradxanlı sosial şəbəkələrdə paylaşım edərək ona bir nəfərin zəng etdiyini, bank köçürmələrinin dəqiqləşdirməsi üçün bank hesabı istədiyini deyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:38 / 21.10.2021
DİN jurnalistin paylaşımını nəzarətə götürdü - SƏBƏB
Hazırda oxunan: DİN jurnalistin paylaşımını nəzarətə götürdü - SƏBƏB
Hazırda oxunan: DİN jurnalistin paylaşımını nəzarətə götürdü - SƏBƏB
42612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.