Daha bir erməni deputat mandatından imtina etdi

Hazırda oxunan: Daha bir erməni deputat mandatından imtina etdi

4259

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının üzvü Arqişti Mexakyan mandatından imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

Erməni deputat bildirib ki, Qarabağda baş verənləri ilk növbədə özünün və ailəsinin faciəsi hesab edir:

"Hər bir erməni kimi mən də bu reallığı qəbul edə bilmirəm. Hesab edirəm ki, ölkəni böhrandan ən qısa müddətdə çıxarmaq üçün hər birimiz əvvəlkindən daha çox çalışmalı, bütün resurslardan istifadə etməliyik. Hazırkı vəziyyətdə problemlərin həlli üçün deputat mandatının resurslarını yetərsiz hesab edirəm və bu səbəbdən mandatdan imtina qərarını verdim”.

O bildirib ki, bundan sonra hansı sahədə çalışacağından asılı olmayaraq, bütün səylərini xalqının xeyrinə yönəldəcək.

Qeyd edək ki, daha əvvəl “Mənim addımım” fraksiyasının deputatı Qor Gevorkyan da hakim komandadan ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin