NATO müdafiə nazirləri 21-22 oktyabr tarixlərində keçiriləcək görüşdə Rusiyanın raket və nüvə potensialının imkanlarını qiymətləndirəcəklər.
Bizim.Media xəbər verir ki, alyansın baş katibi Yens Stoltenberq bu barədə məlumat verib.
O qeyd edib ki, ittifaq ABŞ və Rusiya arasında silahlara nəzarət müqavilələri üzrə dialoqu dəstəkləyir:
“Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına sahib olduğu, lakin NATO-nun olmadığı bir dünyanın daha təhlükəsiz olacağına inanmırıq”.
MÖVZU İLƏ BAĞLI:
Rusiyanın NATO ilə əməkdaşlığı dayandırmasına səbəb olan QƏRAR - TƏFƏRRÜAT
Qeyd edək ki, son günlərdə NATO ilə Rusiya arasında gərginlik hökm sürür. Rusiya Federasiyası NATO hərbi missiyasının fəaliyyətini dayandırmağa qərar verib.
Noyabrın 1-dən Rusiyanın NATO-dakı nümayəndəliyi və NATO-nun Moskvadakı informasiya bürosunun fəaliyyəti də dayandırılacaq.
Rəsmi Moskva bu qərarı Şimal Alyansının Rusiyanın təşkilatdakı daimi nümayəndəliyinin 8 əməkdaşının akkreditasiyasının geri çağırılması haqda addımına cavab olaraq verib.
Bizim.Media