Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalında ARTIM

Hazırda oxunan: Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalında ARTIM

42532

Bu ili yanvar-sentyabr aylarında Azərbaycanda 7,3 milyard manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz və ya 507 milyon manat çoxdur.

Bizim.Media xəbər verir ki, hesabat dövründə Azərbaycanda heyvandarlıq sahəsində məhsul istehsalı 3,4 faiz artaraq 2,9 milyard manat, bitkiçilik sahəsində istehsal 10 faiz artaraq 3,2 milyard manat təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azad olunmuş ərazilərlə bağlı VACİB XƏBƏR – 2 min hektar ayrılıb - SİYAHI


Həmçinin, Azərbaycanda 984,8 min ton kartof (3,6 faiz artım), 1,639 milyon ton tərəvəz (6,7 faiz), 458,2 min ton meyvə və giləmeyvə (2,7 faiz artın), 1,013 milyon ton yaşıl çay yarpağı (27 faiz artım) toplanıb.

Bu ilin yanvar-sentyabr aylarında 399,6 min ton ət (3,2 faiz artım), 1,627 milyon ton süd (1,6 faiz artım), 1,412 milyard ədəd yumurta (3,8 faiz azalma), 15,9 min ton yun (0,1 faiz artım) istehsal olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin