Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə 21 oktyabr tarixindən bu xətt üzrə hərəkət edən qatarların sayı artırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Bildirilib ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə artırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.
O cümlədən, Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.
Qeyd edək ki, yenilənmiş cədvəllərdə əlavə olunmuş reyslər qırmızı, dəyişiklik olunmuş reyslər isə sarı rənglə fərqləndirilib.
Yeni cədvəlləri təqdim edirik:
Bizim.Media