Payızda necə qidalanaq? – Vacib qidaların SİYAHISI

Hazırda oxunan: Payızda necə qidalanaq? – Vacib qidaların SİYAHISI

42481

Payız aylarında mütləq şəkildə sağlamlığımıza daha da diqqət yetirlməliyik. Çünki bu fəsildə insan orqanizmində immun sistemi zəifləyir və xroniki xəstəliklər özlərini daha qabarıq formada biruzə verməyə başlayır. 

Dünyada COVİD-19 virusunun tuğyan etdiyi bir zamanda immun sistemimizin zəifləməməsi üçün əlimizdən gələni artıqlaması ilə etməliyik. Çünki zəif orqanizm virus üçün daha əl çatan bir məskəndir.

Payızda immun sistemimizi necə qoruya bilərik?

Bunun üçün siz birinci növbədə qida rasionunuza fikir verib, digər sağlam vərdişləri özünüzdə formalaşdırmalısınız.

Balqabaq...

İmmuniteti qorumaq üçün lazım olan qidalar siyahısında ilk pillədə rəngli  tərəvəz və meyvələr gəlir. Bu qidalar xlorofil, astaksantin, beta-karoten - güclü antioksidan xüsusiyyətlərə malikdir. Məsələn, balqabağın tərkibində çoxlu A, C, B, B2, E, PP və T vitaminləri var. Bundan başqa balqabağın tərkibində olan beta-karoten yerkökündən 5 dəfə çoxdur.

Sitrus meyvələri...

Bundan başqa qida rasionunuza mütləq şəkildə C vitamini ilə zənginləşdirin. Kivi, bolqar bibəri, qırmızı kələm, brokoli, limon, portağal, alma kimi meyvə və tərəvəzlərdən istifadə edin.  

Ədviyyatlar...

İmmun sisteminizi gücləndirmək üçün soyuq aylarda bol ədviyyatlardan istifadə edin. Əsasən zəncəfil və sarıkök sizi soyuqdəyməyə qarşı çox yaxşı qoruyacaq. Çalışın gündəlik yeməklərinizdə bu ədviyyatlara xüsusi yer ayırın.

Yağlar

Soyuq aylarda orqanizmə daxil olan yağlara xüsusi diqqət yetirin. Sağlam, bitki yağlarına daha üstünlük verin. Məsələn bunda sizə zeytun, qoz, avakado, yağlı balıqlar və kətan toxumu yardımçı ola bilər.

Sarımsaq

Tərkibi kalium, kalsium, fosfor, B və C qruplarının vitaminləri, selen, yod və efir yağları ilə zəngin olan sarımsaq payız aylarında sizin bir nömrəli qoruyucunuz ola bilər. Bu zamanlar siz onu yeməklərinizdə bol-bol istifadə edə bilərsiniz. Həkimlər hətta hər səhər balaca sarımsaq dənəsini həb kimi su ilə qəbul etməyi də tövsiyyə edirlər.

Giləmeyvələr

Giləmeyvələr də vitamin və antioksidanlarla doludur, zəngindir. Əsasən qarağat və çaytikianı tərkibindəki C vitamininə görə digər giləmeyvələr arasında rekordçudurlar. 
Unutmayın, eyni zamanda yaxşı, tam yuxu, idman, pis vərdişlərdən imtina və çəki nəzarəti sizi daha sağlam edəcək.

Hər zaman sağlam olun!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin