2021-ci ildə 4 tutulma hadisəsi- 2 Günəş və 2 Ay tutulması baş verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.
Qeyd olunub ki, 1-ci Günəş tutulması 10 iyun 2021-ci ildə baş verəcək. Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Tutulmanın maksimumu 14:43:06-da olacaq. Tutulma hadisəsi 4 saat 59 dəqiqə davam edəcək. Bu günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq. Azərbaycan ərazisində müşahidə olunmayacaq.
2-ci Günəş tutulması isə 2021-ci il 4 dekabrda baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq.
Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, Tam tutulma isə Antarktida müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
2021-ci ilin Ay tutulmalarına gəlincə, gələn il 2 Ay tutulması hadisəsi olacaq və heç biri Azərbaycanda müşahidə olunmayacaq.
1-ci Ay tutulması 2021-ci il 26 mayda baş verəcək. Tam Ay tutulmasıdır. Tutulma hadisəsi 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
2-ci Ay tutulması 2021-ci il 19 noyabrda baş verəcək. Qismən Ay tutulmasıdır. Tutulma hadisəsi 11:18:41-də başlayacaq və 14:47:04-də sona çatacaq. Tutulmanın maksimumu 13:02:55-də olacaq. Tutulma hadisəsi 2 saat 28 dəqiqə davam edəcək. Tutulma hadisəsi Amerika, şimali Avropa, şərqi Asiya, sakit okean, Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:49 / 03.12.2020
Ay və Günəşin tutulmalarının vaxtı açıqlandı
Hazırda oxunan: Ay və Günəşin tutulmalarının vaxtı açıqlandı
Hazırda oxunan: Ay və Günəşin tutulmalarının vaxtı açıqlandı
4247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.