Türkiyədə azərbaycanlı iş adamının burnunu it dişlədi - FOTO

Hazırda oxunan: Türkiyədə azərbaycanlı iş adamının burnunu it dişlədi - FOTO

0:00
0:00
42464

Türkiyənin Samsun şəhərində azərbaycanlı iş adamı və həyat yoldaşı Pitbul itinin hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Türkiyə mətbuatı yayıb.

Mənbə yazır ki, it 35 yaşlı Arif Şehrinin burnunu dişləyib.

Sahibkar həyat yoldaşı Fardina Şehri ilə işə gedərkən ağızlığı və xaltası olmayan it küçədə dayanan avtomobilin salonundan çıxaraq onlara hücum edib. 

"Fardina iti görəndə qorxdu və qaçmağa başladı. İtin sahibi uzaqdan qışqıraraq dedi ki, “qorxmayın, dişləmir”. Arvadımı qorumaq üçün itin yanına getdim, heyvan qəfildən üstümə tullandı və burnunu dişlədi. Hadisə yerinə gələn polis əməkdaşları burnumun qopmuş hissəsini axtarmağa başlayanda mən özümə gəldim” deyə Şehri qeyd edib.

Azərbaycanlı iş adamı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin