Qurbanqulu Berdiməhəmmədov azərbaycanlı iş adamı ilə nəyi müzakirə etdi? – DETALLAR

Hazırda oxunan: Qurbanqulu Berdiməhəmmədov azərbaycanlı iş adamı ilə nəyi müzakirə etdi? – DETALLAR

0:00
0:00
42431

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiyanın “Lukoil” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Vahid Ələkbərovla şirkətin Xəzər dənizində enerji layihələrində iştirakını müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı rusiyalı politoloq İqor Korotçenko özünün Telegram kanalında yayıb.

Bildirilir ki, tərəflər xüsusilə, Xəzər regionunun karbohidrogen ehtiyatlarının işlənməsini müzakirə ediblər.

Qərara alınıb ki, "Lukoyl" Azərbaycan-Türkmənistan "Dostluq" (Drujba) yatağının işlənməsinə qoşulacaq.

Xatırladaq ki, Bakı və Aşqabad arasında 1986-cı ildən (Azərbaycanda əvvəlki adı Kəpəz, Türkmənistanda isə Serdar olub) bəri "Dostluq" yatağı ilə bağlı mübahisə yaranıb. 

Ancaq 1997-ci ildə Azərbaycan Lukoil və Rosneft ilə yatağın inkişafına dair müqavilə imzalayıb, lakin Aşqabadın etirazlarından sonra müqavilə pozulub. 1998-ci ildə Türkmənlər “American Mobil” ilə oxşar müqavilə bağlamağa çalışıb, lakin Bakının iddiaları səbəbindən amerikalılar geri çəkilib.
 

Prosesə yalnız 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından sonra start verilib.


Tərəflər yatağı birgə işlətmək barədə razılığa gələrək bu ilin yanvar ayında son nöqtəni qoyublar: onun resursları 30% Azərbaycana, 70% Türkmənistana paylanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin