Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlardan 2-si Bakı vaxtı ilə saat 20:45-də, 6-sı isə saat 23:00-da start götürəcək.
E qrupunda 2 turdan sonra xalsız olan və sonuncu pillədə qərarlaşan İspaniya "Barselona"sı Ukraynanın "Dinamo" (Kiyev) komandasını qəbul edəcək. Almaniya "Bavariya"sı isə Portuqaliyada "Benfika"nın qonağı olacaq.
F qrupunda "Mançester Yunayted" İngiltərədə İtaliya "Atalanta"sını sınağa çəkəcək. Digər qarşılaşmada İsveçrənin "Yanq Boyz" və İspaniyanın "Vilyarreal" klubları münasibətlərinə aydınlıq gətirəcək.
G qrupunda Almaniya "Volfsburq"u Avstriyada "Zaltsburq"la, İspaniya "Sevilya"sı isə Fransada "Lill" ilə üz-üzə gələcək.
H qrupunda turnirin son qalibi olan "Çelsi" İngiltərədə İsveç "Malmö"sünün müqavimətini qırmağa çalışacaq. Qrupun digər oyununda İtaliya "Yuventus"u Rusiyada "Zenit"lə qarşılaşacaq.
Xatırladaq ki, "Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna) və "Zaltsburq" (Avstriya) - "Volfsburq" (Almaniya) matçları saat 20:45-də, digər oyunları isə 23:00-da start götürəcək.
Bizim.Media
- A-
- A
- A+
Region
09:10 / 20.10.2021
Çempionlar Liqası: 4 qrupda 8 oyun
Hazırda oxunan: Çempionlar Liqası: 4 qrupda 8 oyun
Hazırda oxunan: Çempionlar Liqası: 4 qrupda 8 oyun
42387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.