Azərbaycanda reklamçılar bir araya toplandı – FOTO

Hazırda oxunan: Azərbaycanda reklamçılar bir araya toplandı – FOTO

42325

Oktyabrın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Azərbaycanda reklam bazarı: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının və reklam şirkətlərinin, biznes assosiasiyaların nümayəndələri iştirak ediblər.

KOBİA-dan Bizim.Media-ya bildirilib ki, İctimai Şuranın sədri Fərhad Qaraşov forumun Azərbaycanda reklam bazarı sahəsində mövcud vəziyyətin və çətinliklərin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda yeni telekanal yaradılır


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin dövlət-özəl dialoqu vasitəsilə reklam bazarı iştirakçılarının çətinliklərinin öyrənilməsi və birgə həll yollarının tapılması üçün səmərəli platforma olacağını vurğulayıb, reklam sahəsində ictimai iştirakçılığın genişləndirilməsinə, sahibkarların müvafiq sahə ilə bağlı məlumatlığının artırılmasına dair təkliflər səsləndirib. 

Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov rəhbərlik etdiyi qurumun fəaliyyəti, ötən 4 il ərzində ölkənin reklam ekosisteminin inkişafı üçün görülən işlər və qarşıda duran hədəflərdən danışıb. 

Forumda sahibkarlıq fəaliyyətində reklam vasitələrindən istifadə, sağlam və innovativ reklam mühitinin inkişafı və bu sahədə həyat keçirilən tədbirlər, reklam bazarı iştirakçılarının qarşılaşdıqları çətinliklər barədə müzakirələr aparılıb, tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin