Müasir Türkiyə artıq müdafiə şirkətləri üçün bir bazar deyil, silah ixracatının fəal oyunçusudur.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi Departamentinin müdiri İsmayıl Demir çərşənbə axşamı günü Ankara şəhərində təşkil olunan "Gələcəyin əsgərləri" mövzusunda beynəlxalq konfransın iştirakçılarına video müraciətində bildirib.
Demir qeyd edib ki, hazırda Türkiyənin hərbi sənaye kompleksinin mütəxəssisləri platformaların təkmilləşdirilməsi üzərində işlərini davam etdirirlər:
"Məqsədimiz ölkəni gələcəyin müharibələrinə tam hazırlamaqdır".
Departament rəhbəri vurğulayıb ki, müasir dünyada müharibə strategiyaları ölkələrin birbaşa texnoloji inkişaf səviyyəsi ilə bağlıdır:
"Müharibələrin qısa və uzun müddətdə necə olacağı, toqquşmaların ehtimal olunan ssenariləri və şərtləri dövlətdən təsirli hərbi potensiala malik olmasını tələb edir".
Demir Türkiyənin son illərdə hərbi-sənaye kompleksində əhəmiyyətli irəliləyiş əldə etdiyini və silah idxalından asılılığını azaltdığını deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:29 / 19.10.2021
“Məqsədimiz Türkiyəni gələcəyin müharibələrinə tam hazırlamaqdır” - İsmayıl Demir
Hazırda oxunan: “Məqsədimiz Türkiyəni gələcəyin müharibələrinə tam hazırlamaqdır” - İsmayıl Demir
Hazırda oxunan: “Məqsədimiz Türkiyəni gələcəyin müharibələrinə tam hazırlamaqdır” - İsmayıl Demir
42320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.