Qadın müştərini hədələyən taksi sürücüsü saxlanıldı – VİDEO 

Hazırda oxunan: Qadın müştərini hədələyən taksi sürücüsü saxlanıldı – VİDEO 

42261

Abşeron rayonunun Xırdalan şəhərində qadına qarşı quldurluq edilib. 

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polis idarəsinə müraciət edən zərərçəkən bildirib ki, Xırdalan şəhərinə getmək üçün müştəri kimi əyləşdiyi taksidə sürücünün hücumuna məruz qalıb. 

Sürücü qadının həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib onu bıçaqla vurmaqla hədələyərək üzərində olan 47 manat pulu ələ keçirib. 

Hadisə barədə məlumat veriləndən dərhal sonra cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən tədbir nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov tutularaq istintaqa təqdim olunub və o, ifadəsində etdiyi hadisəni etiraf edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. 

Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt  ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin  Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin