“Kəlbəcər” tankeri ilə bağlı qərar verildi – İLK SƏFƏR 

Hazırda oxunan: “Kəlbəcər” tankeri ilə bağlı qərar verildi – İLK SƏFƏR 

42240

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ötən ay Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verib. 

Bizim.Media xəbər verir ki, bu barədə qurumdan bildirilib. 

Yükü dizel yanacağı olan tanker ilk səfərinə çıxıb. Gəmi Türkmənistanın Türkmənbaşı limanından Türkiyənin Gebze limanına doğru yola düşüb. 

Uzunluğu 141, eni 16.9 metr olan yeni nəsil “Kəlbəcər” tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. 
 

Gəmi həm ölkəmizin beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsinə, həm bir bazardan asılılığın aradan qaldırılmasına, həm də xarici sularda vətənimizin təmsil və təbliğində mühüm rol oynayacaq.  


Xatırladaq ki, tankerə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Kəlbəcər” adı verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin