Bakının 245 nömrəli tam orta məktəbinin fəaliyyəti koronavirusa yoluxma halının qeydə alınması ilə əlaqədar distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, həmin məktəbin 12 müəllim və 5 şagirdinin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.
Bildirilib ki, COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb:
"Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:31 / 19.10.2021
Bakıda daha bir məktəb bağlandı
Hazırda oxunan: Bakıda daha bir məktəb bağlandı
Hazırda oxunan: Bakıda daha bir məktəb bağlandı
42233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.