Latviyada Pandemik vəziyyət PİSLƏŞDİ - KOMENDANT SAATI elan olundu

Hazırda oxunan: Latviyada Pandemik vəziyyət PİSLƏŞDİ - KOMENDANT SAATI elan olundu

0:00
0:00
42225

Latviya Səhiyyə Nazirliyinin rəhbəri Daniel Pavluts 21 oktyabrdan etibarən ölkədə karantin və komendant saatının tətbiq olunacağını elan edib.

Bizim.Media xəbər verir ki, Latviyada cümə axşamından etibarən, epidemioloji vəziyyətin pisləşməsi səbəbindən sərt tədbirlər alınacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyi: "Körpələrə peyvəndlər mütləq vurulmalıdır"


Müvafiq qərar Latviyanın Böhran İdarəetmə Şurası tərəfindən qəbul edilib. Karantin rejimi noyabrın 15 -dək davam edəcək.

Bu müddət ərzində ölkədə koronavirusa qarşı peyvənd olunmasından asılı olmayaraq bütün vətəndaşlar üçün saat 20: 00 -dan 5: 00 -dək komendant saatı tətbiq olunacaq. Yalnız həyati vacib sayılan mallar və xidmət verən mağazalar və qurumlar fəaliyyətini davam etdirəcək. Bundan əlavə, Latviyada bütün ictimai tədbirlər qadağan edilir. Ölkədə təhsil ibtidai siniflər istisna olmaqla, bütün məktəblər distant təhsilə keçir.
 

Oktyabrın əvvəlində Latviya Dövlət Əməliyyat Tibbi Komissiyası, koronavirus səbəbiylə respublikada sağlamlıq barədə fövqaladə hal elan edib.


Səhiyyə Nazirliyinin rəhbəri Pavlyuts həmçini qeyd edib ki, xəstəxanalarda tibb işçilərinin kritik çatışmazlığı var. Nazir ölkə hakimiyyəti xəstələrin müalicəsi üçün beynəlxalq yardım istəmək imkanını nəzərdən keçirdiyini də deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin