"Zirə"nin müdafiəçisi Sərtan Taşkın azərbaycanlı xanımla nişanlanıb.
Bizim.Media xəbər verir ki, futbolçunun nişanlısı Selcan Nəcəfovadır. O, "CBC Sport" kanalında rejissor kimi çalışır.
Qeyd edək ki, Sərtan Taşkın 8 oktyabr 1997-ci il tarixində Bakı şəhərində anadan olub. Onun anası azərbaycanlı, atası Türkiyə vətəndaşıdır.
Bizim.Media