Qafandakı dağ Azərbaycanın nəzarətinə keçdi

Hazırda oxunan: Qafandakı dağ Azərbaycanın nəzarətinə keçdi

42158

Rəsmi İrəvan Qafan istiqamətində daha bir ərazini Azərbaycana "güzəştə” gedib. 

Bizim.Media xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin üzvü, "Haystan” blokundan olan deputat Anna Qriqoryan çıxış edib. 

Deputat bildirib ki, həmin rayonda yerləşən Ağdağ Azərbaycan Ordusunun nəzarətinə verilib: 

"Faktiki olaraq Pela dağı (Ağdağ) qonşu kəndlər üçün də birbaşa təhlükəsizlik təhdidləri yaradaraq tamamilə Azərbaycanın nəzarəti altına keçir”. 

Deputat Tiqran Abramyan da bu məlumatı təsdiqləyib:  

"Qafandakı Pela dağı (Ağdağ) Azərbaycana verilib. Uzun illər əvvəl həmin dağın bir tərəfi Ermənistanın, digər tərəfi isə Azərbaycanın olub. Lakin hazırda dağın hər iki üzü Azərbaycana verilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin