“Artsax”ın gələcəyi ailəmin təhlükəsizliyindən önəmlidir – Yeni “PAŞİNYAN” ortaya çıxdı

Hazırda oxunan: “Artsax”ın gələcəyi ailəmin təhlükəsizliyindən önəmlidir – Yeni “PAŞİNYAN” ortaya çıxdı

42145

Tanınmış rusiyalı iş adamı, sosial sahibkar və xeyriyyəçi Ruben Vardanyan Ermənistanda siyasətlə məşğul olmaq qərarına gəlsə də, nə baş nazir, nə də prezident vəzifəsinə iddialıdır.

Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan İctimai Telekanalına müsahibəsində Vardanyanın özü bildirib.

Vardanyanın özünü siyasətlə əlaqələndirmək qərarı müharibədən və Qarabağ ərazilərinin əhəmiyyətli bir hissəsinin itirilməsindən (Azərbaycan əzəli torpaqlarını geri qaytarıb) sonra yetişib. 

İş adamının dediyinə görə, bütün riskləri və mümkün çətinlikləri ölçüb biçib. Qarabağdakı müharibə onun üçün qırmızı xəttə çevrilib.

Vardanyan hesab edir ki, onun nüfuzlu fikri siyasi qərarların qəbul edilməsində rol oynaya bilər. Bu kontekstdə sahibkar özünə yaxın silahdaşlarını bir yerə toplayaraq  siyasi qüvvə yaratmaq istəyir.

"Mən heç bir partiyanın üzvü deyiləm, partiyam yoxdur, amma əminəm ki, fərdlər ətrafında deyil, fikirlər ətrafında formalaşan qüvvələrə kömək edəcəyəm" deyə o, qeyd edib.

Sahibkar eyni zamanda, ona təzyiq göstərilə biləcəyini və bəzi çətinliklərin ortaya çıxacağını da istisna etmir, lakin Vardanyan qərardan geri çəkilmək fikrində deyil:

“Məni bu və ya digər geosiyasi mərkəzlə əlaqələndirməsinlər”.

"Ermənistanın və “Artsax”ın gələcəyi mənim üçün sərvətimdən, ailəmin təhlükəsizliyindən və bütün şəxsi məsələlərdən daha önəmlidir. Qırmızı xətləri keçdim, yəni Ermənistan və Rusiyada hər şeyi itirməyə, istənilən ssenariyə, tənqidə hazıram", - deyə sahibkar bildirib.
 

Eyni zamanda, o, Ermənistan və “Artsax”ın indiki vəziyyətə düşdüyünə görə özünü günahkar sayır. Vardanyanın fikrincə, passivlik onu günahkarlığa şərik edir, amma səhvlərini başa düşdüyü və onları düzəltmək istədiyi an gəlib.


Qeyd edək ki, uzun illərdir Vardanyanın siyasətə qarışması ilə bağlı şayiələr dolaşır.

Vardanyanın özü keçmişdə Ermənistanın siyasi həyatında iştirak etmək ehtimalını həmişə inkar etmişdi. Qarabağ müharibəsindən və "Ermənistanın gələcəyi" təşəbbüsünün yaranmasından sonra söz-söhbətlər qızışıb. İndi media Vardanyanın keçmiş sosial təminat və əmək nazirləri - Mane Tandilyan və Mesrop Arakelyan partiyasına mümkün dəstəyindən yazır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin