Ötən ay əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri neçə faiz olub?

Hazırda oxunan: Ötən ay əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri neçə faiz olub?

41966

2021-ci ilin sentyabr ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 107,9 faiz təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Avropaya qaz ixracını artıra bilər – Prezident şərtləri AÇIQLADI - VİDEO


Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, mənzillərin icarə haqlarında, ödənişli ali təhsil haqlarında, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin