İranın sabiq prezidenti Mahmud Əhmədinejadın Dubayda keçirilən EXPO sərgisində İsrail pavilyonuna baş çəkməsi qalmaqal yaradıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran" Teleqram kanalı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Mahmud Əhmədinejad siyasətə qayıdır - İran prezidentliyinə namizəd oldu
Mənbə yazır ki, İsrailin Terrorçuluqla Mübarizə Dövlət Təşkilatının rəsmi Tvitter hesabı bu fotoşəkli paylaşaraq iddia edib ki, Dubayda keçirilən beynəlxalq EXPO sərgisində iştirak edən İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İsrail pavilyonuna baş çəkib.
Sözügedən qurum onu İranın yeni islahatçısı adlandırıb.
Bizim.Media