Ermənistan prezidenti hərbçi ailələrinə yardım edə bilməyəcəklərinə eyham vurdu

Hazırda oxunan: Ermənistan prezidenti hərbçi ailələrinə yardım edə bilməyəcəklərinə eyham vurdu

4192

Müharibədəki məğlubiyyət “erməni imicini” aşağı salıb. Bütün bu uğursuzluqlarda isə Ermənistan hökuməti günahkardır.

Bizim.Media-nın məlumatına görə,  bu fikirləri  Moskvanın erməni icması ilə görüşündə Ermənistan prezidenti Armen Sarkisyan  səsləndirib.

O, Paşinyan hökumətini istefaya çağırıb:

“Paşinyan hökuməti istefa verməlidir. Çünki onsuz da savaşda məğlub olan ermənilər güclənmək, birləşmək əvəzinə, indi bir-birini qırır. Belə böhran və məğlubiyyətlərdən sonra istənilən hökumət mandatını yeniləməlidir. Necə ki, iki il əvvəl Ermənistanda hakimiyyət dəyişdirildi”.

Armen Sarkisyan medianın önündə Ermənistanın iqtisadi və digər problemlərindən də danışmaqla, Paşinyan və sələflərinin “inkişaf cəfəngiyyat”larının üstünü də  açmış olub.

Ermənistan prezidenti bildirib ki, koronavirus itkiləri ilə bacarmayan ölkəsi müharibədə yaralananların müalicəsi, ölənlərin ailəsinə hansı yardımı edəcək ki?!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin