Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer dəyəri artıb.
Bizim.Media xəbər verir ki, "Transfermarkt.ru" portalının rəsmi instaqram hesabı 24 yaşlı hücumçunun qiymətinin 2 milyon avroya çatdığını bildirib.
Beləliklə, forvard Polşa Ekstraklasasının ən dəyərli futbolçuları sırasında ilk “10-luğ”a girib.
Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb. Onun əvvəlki qiyməti 1 milyon avro olub.
Bizim.Media