İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR VƏ VİDEO

Hazırda oxunan: İrəvanda anti-Putin HAYqırtılarının arxasında kim durur? - DETALLAR VƏ VİDEO

41828

Oktyabrın 15-də axşam saatlarında Ermənistan paytaxtı anti-Rusiya etirazlarına bürünüb.

Bizim.Media xəbər verir ki, nümayişdə yüzlərlə adam iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Qarabağda bir-birini qırır – Xeyli sayda ölü və yaralı var – SON DƏQİQƏ


Mitinq anti-Paşinyan, anti-Koçaryan adlandırılsa da əsas HAYqırtılar Rusiyaya qarşı yönəlmiş olub. Aksiya iştirakçıları RF prezidenti Vladimir Putini küçə söyüşləri ilə təhqir ediblər və nalayiq plakatlar qaldırıblar.

Maraqlı olan isə Putin əleyhinə səslənən şüarlara nümayişçiləri müşayiət edən güc strukturları heç bir reaksiya verməməsi olub.

Guya demokratiya, fikir azadlığına qarşı gəlməyən hakimiyyət bu söyüşlərə dözüm nümayiş etdirib. Təbii ki, Ermənistan hakimiyyəti buna dözüm göstərəcək, çünki söyülən Paşinyan yox, Rusiya prezidenti Vladimir Putin idi. 

Bəzi ekspertlər dünən axşam İrəvan küçələrində nümayiş olunan teatrın rejissoru kimi elə Nikolu görürlər. Səbəb kimi isə bir neçə gün öncə Paşinyanın Moskva səfəri zamanı konkret faktlar qarşısında qoyulması olub. Paşinyan bunu MDB dövlət başçılarının video-konfransında da sözlərlə ifadə etməyə məcbur edilib. O, Zəngəzur dəhlizinin adını çəkmədən dəmiryolu və avtomobil yollarının açılması vacibliyini öz dili ilə ifadə etdi. Həm də sülh müqaviləsinin lazımlılığını vurğuladı. Paşinyanın bütün bunları səmimi qəlbdən demədiyi aydın idi, amma necə deyərlər, “armiyanı yest, no variantov net”.
 

Ekspertlərin fikrincə Nikol bu nokautdan sonra təcili İrəvanda anti-Rusiya və anti-Putin mitinqinin düzənlənməsinə göstəriş verib. Və bunda da iki məqsəd var.


Birincisi, Moskvaya göstərmək ki, görürüsünüz necə çətin bir vəziyyətdə sizin dediklərinizi edirəm.

İkincisi, Qərbə də mesaj vermək ki, Ermənistanda anti-Rusiya xəttimiz qalmaqdadır. Siz nə vaxt konkret və açıq dəstək versəniz, biz sizin tərəfinizdəyik.

Mitinqdə Koçaryanın söyülməsi də iki məqsədlidir:

1. Koçaryan Rusiyanın adamıdır, bunu ümumxalq möhürü ilə təsdiqləmək.

2. Koçaryandan öz şəxsi qisasını almaqla, onu bir fiqur kimi tamamilə mübarizə müstəvisindən uzaqlaşdırmaq.

Öznünün də təhqir olunmasına gəldikdə isə, Paşinyan üçün bunlar o qədər də əhəmiyyət daşıyan məsələlər deyil. Fəaliyyəti müddətində o sübut edib ki, o bir insan kimi heç bir dəyərlərə sahib deyildir. O, başından yuxarı danışmaq, verdiyi sözə əməl etməmək, qaçıb gizlənmək kimi xarakterə malik bir siyasətçi kimi artıq imic formalaşdırıb. Onun ən sadiq dəyəri varsa, o da heç özünün də hələ mahiyyətini anlamadığı bütün istiqamətlər üzrə LGBT vektorlarıdır. 

Mitinqdə ən HAY şüarlardan biri "Erməni milləti mal-qara deyil, Putin, bunu yadda saxla" olub.

Digər şüarlar daha kəskin və etik qaydalara uyğun olmadığı üçün qeyd etmirik.
Hər halda bu, Putin və Rusiyaya qarşı ilk erməni kampaniyası deyil. Təkcə oktyabr ayında bir neçə oxşar olay yaşanıb. Dünənki aksiyadan 10 gün əvvəl oktyabrın 5-də Ermənistanda Putinin şəkli olan və "Əbədiyyən birgə" yazılan bilbord təhqir olunub. 
 

Onu da xatırladaq ki, ermənilər Rusiyanın ünvanına 44 günlük müharibə zamanı həddən artıq çox təhqir yağdırırdılar. Putindən gileylənənlərin içində Qarabağ erməniləri də var.


Amma Rusiya üçtərəfli bəyanatın imzalanmasına nail olmasaydı, indi Qarabağda erməni yox idi. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin