Şəhidləri təhqir edən şəxs HƏBS OLUNDU 

Hazırda oxunan: Şəhidləri təhqir edən şəxs HƏBS OLUNDU 

0:00
0:00
41827

Daxili İşlər Nazirliyi Tovuz rayonunda şəhidləri təhqir edən şəxs və onu döyərək üzr istədənlər barəsində məlumat yayıb. 

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən Aqil İbrahimov barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. 

Tovuz RPŞ-də Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə başlanan cinayət işi üzrə aparılan prosessual tədbirlər çərçivəsində rayon sakinləri – 2001-ci il təvəllüdlü Taleh Hüseynov, əvvəllər məhkum olunan, 1993-cü il təvəllüdlü Sürət Məmmədov, əvvəllər məhkum olunan, 1992-ci il təvəllüdlü Tural Əhmədov, 2000-ci il təvəllüdlü Elşad Rzayev, 1994-cü il təvəllüdlü Maqsud Bayramov, 2003-cü il təvəllüdlü Əli Hüseynzadə və əvvəllər məhkum olunan, 1967-ci il təvəllüdlü Telman Nağıyev xuliqanlıq zəminində həmyerliləri 1983-cü il təvəllüdlü Aqil İbrahimovu döyməkdə təqsirləndirilərək istintaqa cəlb ediliblər. 
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin