Oktyabrın 15-də Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub.
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
“Müstəqillik Günü haqqında” qanun qəbul edildi – III OXUNUŞDA
Qanuna əsasən 28 may - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 oktyabr - Dövlət Müstəqilliyi Gününün adı isə dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, həmin günlər hər il bayram kimi qeyd olunacaq.
Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.
Bizim.Media