XİN rəhbərinin müavini: “Ermənistan çağırışlara məhəl qoymur”

Hazırda oxunan: XİN rəhbərinin müavini: “Ermənistan çağırışlara məhəl qoymur”

41632

“Ermənistanın irqi ayrı-seçkiliyə görə Azərbaycana qarşı müvəqqəti tədbirlər görməsi tələbi BMT Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməlidir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin dinləmələrində bildirib.

"Prezident İlham Əliyev Azərbaycanın bərabərlik, müxtəliflik və insan ləyaqətinə hörmət kimi əsas dəyərlərə sadiqliyini dəfələrlə təsdiqləyib", - XİN rəhbərinin müavini qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov erməni həmkarı ilə görüşdü – Ermənistandan SƏRT TƏLƏB - FOTO


Diplomat, eyni zamanda Ermənistanı monoetnik dövlət olaraq millətçi ideologiyanı dəstəkləməkdə günahlandırıb.

Təmsilçinin sözlərinə görə, Ermənistan azərbaycanlılara qarşı törədilmiş cinayətləri araşdırmaq çağırışlarına məhəl qoymur.

Qeyd edək ki, Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycan arasında "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı məhkəmə prosesi çərçivəsində 18-19 oktyabr tarixlərində dinləmələr təyin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin