“Ermənistan Zəngəzurda Azərbaycan və Türkiyəyə yol verməyə hazırdır” - Təhlükəsizlik Şurasının katibi

Hazırda oxunan: “Ermənistan Zəngəzurda Azərbaycan və Türkiyəyə yol verməyə hazırdır” - Təhlükəsizlik Şurasının katibi

41576

“Təkcə 10 Noyabr deyil, müharibə də müzakirə mövzusu oldu. Əslində müharibənin bölgəyə böyük təsiri oldu. Bu, başqa bir dövlətin silahlı qüvvələrinin bölgəmizdə olması üçün meydan açdı”.

Bizim.Media “aysor.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın "Tasnim" agentliyinə müsahibəsində bildirib.

“Bu, bölgədə qeyri-sabitlik yaradıb. Bununla bağlı hər kəsi dəfələrlə xəbərdar etmişik, amma xəbərdarlıqlar bu prosesin qarşısını almağa kömək etməyib” deyə o, qeyd edib.

Kommuniasiyaların blokadadan çıxarılmasına gəlincə, Armen Qriqoryan bunun həm 10 Noyabr, həm də 11 Yanvar birgə bəyanatlarında xüsusi qeyd edildiyini qeyd edib.

"O sənədlərdə dəhliz haqqında bir kəlmə belə olmadığını açıqlamaq istəyirəm. Buna baxmayaraq, Azərbaycan dəfələrlə dəhlizin müzakirə edildiyini bəyan edib. Açıq deyirəm ki, Ermənistan dəhlizlə bağlı heç bir məsələni heç vaxt müzakirə etməyib, müzakirə etmir və müzakirə etməyəcək. Bu yanaşmanı təkcə tərəfdaşlarımıza ötürmədik, həm də mütəmadi olaraq ictimaiyyətə də çatdırdıq. Üstəlik, Qafan şəhərində seçkiqabağı dövrdə Baş nazir Paşinyan koridor olmadığını, gələcəkdə də olmayacağını bildirdi”. Qriqoryan belə deyib.

O vurğulayıb ki, Ermənistan bütün mövcud yolları açmağa hazırdır:

“Qoy Azərbaycan və Türkiyə bu yollardan istifadə etsin. Ancaq bütün bu yollar Ermənistanın suveren nəzarətində olacaq və bu münasibətlə biz fikrimizi açıq şəkildə ifadə etmişik və bu barədə tərəfdaşlarımıza da demişik", - Təhlükəsizlik Şurasının katibi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin