Gürcüstanda hazırda maraqlı hadisələr baş verir. Bu gün axşam saat 18-də Saakaşvili tərəfdarları Tbilisidə mitinq keçirməyi qərarlaşdırıblar. İlkin məlumata görə, dəstək aksiyasında on minlərlə insanın iştirak edəcəyi planlaşdırılıb. Hazırda müxtəlif regionlardan paytaxt Tbilisiyə axın davam edir.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili aclığa nə vaxt son qoyacaq? - Vəkilindən AÇIQLAMA
Maraqlı fakt odur ki, mitinqdə iştirak etməyə gələn etirazçıları iqtidarı dəstəkləyən müxtəlif qruplar yol kənarlarında əllərində süpürgə ilə qarşılayırlar.
Süpürgənin anlamı isə Saakaşvilinin prezidentliyi dövründə həbsxanalarda tətbiq edilən "süpürgə əməliyyatı"nı yada salmaqdır. Onlar bununla insanların yadına o zamankı əcaib cəza metodlarını xatırlatmaqla "Siz yenə süpürgə istəyirsiniz?" şüarını səsləndirirlər.
Xatırladaq ki, Saakaşvili tərəfdarları bu gün saat 18-də Tbilisinin mərkəzindəki “Azadlıq” meydanında eks-prezidentin həbsinə etiraz mitinqi keçirəcəklər, hakimiyyətdən onun dərhal azadlığa buraxılmasını tələb edəcəklər.
Bizim.Media