Putin ABŞ dollarının TALEYİ HAQQINDA: “Belə davam edərsə...” - VİDEO

Hazırda oxunan: Putin ABŞ dollarının TALEYİ HAQQINDA: “Belə davam edərsə...” - VİDEO

41550

ABŞ dolları sanksiya aləti olaraq istifadə edilir. Bu, əslində böyük bir səhvdir. Sanksiyalar və ABŞ-ın dövlət borcunun sürətlə artması dollara xələl gətirir. Rusiya hələlik enerji resurslarının alverində bu məsələdən uzaqlaşmaq istəmir, ancaq maliyyə sisteminin sabitliyini təmin etmək üçün müxtəlif tədbirləri nəzərdən keçirmək məcburiyyətində qalır. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Amerikanın CNBC telekanalına müsahibəsində deyib. 

Prezident “Rusiya Enerji Həftəsi”nin plenar iclasında telekanalın jurnalisti, moderator Headley Gamble ilə söhbət edib.

"Dollarla çatdırılan məhsulların pullarını müştərilərdən ala bilmirik. Bu nəyə gətirib çıxarır? Sadəcə olaraq, çarəmiz yoxdur, başqa valyutalarda hesablaşmalara keçməliyik", - deyə Rusiya lideri əlavə edib. 

Rusiya prezidenti hesab edir ki, dollar dünyanın ehtiyat valyutası mövqeyini pozur, nəticədə dollarla hesablaşmalarının həcmi azalır:

“Ancaq biz dollarla hesablaşmalardan tamamilə qaçmaqda maraqlı deyilik və bu günə qədər bizdən razıdırlar". 

Putin "enerji ehtiyatlarının dollarla hesablaşmalarına” ehyam vurub.

"Ancaq Amerika səlahiyyətlilərinin siyasəti, əvvəllər də dediyim kimi davam edərsə, başqa çarəmiz qalmayacaq. Dollara olan inamı ABŞ-ın özü sarsıdır", - Rusiya lideri əlavə edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin