Bakıda mənzildən 78 yaşlı qadının meyiti tapılıb.
Bizim.Media Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda mənzildən meyit tapıldı
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Aminova Zoya Stepanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Bizim.Media