Türkiyədə 12 güneyli məhbusa dəstək kampaniyası keçirildi

Hazırda oxunan: Türkiyədə 12 güneyli məhbusa dəstək kampaniyası keçirildi

41471

Türkiyədə ictimai şəbəkə istifadəçiləri İran hökuməti tərəfindən ədalətsiz hökmlərlə həbs cəzasına məhkum edilmiş Güney Azərbaycanın milli fəallarına dəstək məqsədilə kampaniyaya başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran" Telegram kanalı yayıb.

Mənbə yazır ki, kampaniyaya dünən axşam, oktyabrın 11-də start verilib. Türk sosial media fəalları dəstək kampaniyasını  #SoydaşlarımızıÖzgürBırakın adlı həştəqlə aparıb.

Qısa zaman ərzində Türkiyə, Azərbaycan və türkiyəli jurnalistlər, siyasətçilər və sıravi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.
 

Kampaniya İran məhkəməsinin 12 ərdəbilli fəalı Qarabağın azadlığına dəstək verdikləri üçün ümumilikdə 180 ay zindan və 888 qamçı zərbəsinə məhkum etməsinə etiraz olaraq həyata keçirilib.


Qeyd edək ki, İran hökumətinin ədalətsiz qərarı Türkiyə və Quzey Azərbaycan mediasında geniş şəkildə yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin