Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Uqanda Respublikası xarici işlər naziri Odonqo Jeje Abubakar ilə görüşüb.
Bizim.Media xəbər verir ki, nazir bu barədə “Facebook” səhifəsində paylaşım edib.
Bildirilib ki, görüş oktyabr 12-sində Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi çərçivəsində baş tutub.
Bizim.Media