Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa səfərə gedib.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB XİNŞ növbəti iclasında iştirakı ilə yanaşı, ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:40 / 13.10.2021
Ceyhun Bayramov Minskə yola düşdü
Hazırda oxunan: Ceyhun Bayramov Minskə yola düşdü
Hazırda oxunan: Ceyhun Bayramov Minskə yola düşdü
41435
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.