Etibar Məmmədov: “Azərbaycana milli mollalar lazımdır” - VİDEO

Hazırda oxunan: Etibar Məmmədov: “Azərbaycana milli mollalar lazımdır” - VİDEO

41429

Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu, Milli Məclisin I çağırış deputatı olan Etibar Məmmədov bəyan edib ki, İranın Azərbaycandakı casus şəbəkəsi zərərsizləşdirilməlidir. Siyasətçinin sözlərinə görə, indiyədək İran özünü Azərbaycan ərazisində çox rahat hiss edib. 

Bizim.Media xəbər verir ki, istiqlalçı deputat canlı yayımların birində bildirib ki, İran din pərdəsi altında özünə Azərbaycanda tərəfdar yığmağı da bacarıb. 

Həmin İran tərəfdarları hətta təşkilatlandırılıblar. Sadəcə olaraq, onları neytrallaşdırmaq lazımdır:
 

MÖVZU İLƏ BAĞLI:

İran xarici işlər naziri tutuquşu kimi dediklərini təkrarlayır: “İsrailin bu bölgədə...”


“Hökumətin qarşısında duran əsas məsələ dini siyasətdir. Bu sahədə ciddi dəyişiklik edilməlidir. Azərbaycanın irançı, yaxud başqa ölkələrə meyilli dini strukturları tamamilə neytrallaşdırılmalıdır.

Azərbaycana milli mollalar lazımdır. İndiyə qədər irançı, sünniçi mollalar var idi, sələfi mollalar olub və hərəsi ayrı-ayrı mərkəzlərin xidmətindəydi. İndi Azərbaycan dövlətinə bağlı, milli mollalarımızın yetişdirilməsinə və dini sahədə onların aparıcı rol oynamasına nail olmağa tələb var”.

Etibar Məmmədovun fikrinin davamı videoda:

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin