İlham Əliyevdən qaz yataqları ilə bağlı MÜHÜM AÇIQLAMA   

Hazırda oxunan: İlham Əliyevdən qaz yataqları ilə bağlı MÜHÜM AÇIQLAMA   

41424

“İndi isə biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik”. 

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib. 

"Biz əsasən diqqətimizi Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəltmişdik. Ötən ilin sonuncu günü – dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən “Siz Taliban hökumətini tanımağa hazırsınızmı?” sualına DİPLOMATİK CAVAB


Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək. Yəni, bu iş artıq başa çatdırılıb.

İndi isə biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik.

Bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi planlaşdırırıq. Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq", - deyə Dövlət başçısı bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin