ABŞ-ın nüfuzlu nəşri “Washington Times” Prezident İlham Əliyevin Laçının azad olunması münasibətilə xalqa müraciəti barədə yazıb.
Bizim.Media xəbər verir ki, yazıda 10 noyabrda bağlanan sülh sazişindən və Ermənistan silahlı qüvvələrinin 30 il işğalda saxladıqları ərazilərin geri alınma prosesinin başa çatmağı barədə məlumat verilib. Bundan başqa məqalədə Prezident İlham Əliyevin xalqa müraciətinin bir hissəsi də dərc olunub.
““Hamımız bir xəyalla yaşayırdıq və indi onu reallaşdırdıq. Döyüş meydanında və siyasi arenada qələbə qazandıq. Bu bizim üçün inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaq”,- deyə Prezindet xalqa müraciətində qeyd edib”.
Daha sonra məqalədə Qarabağın işğalının xronologiyasına da nəzər salınıb. Nəşr yazır:
“Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Lakin 1994-cü ildən separatçılarının işğalı nəticəsində erməni qüvvələrinin nəzarəti altında keçib. Bu münaqişə təkcə Dağlıq Qarabağı deyil, ətraf ərazilərin böyük hissəsini də erməni əsarəti altına salıb".
"Sentyabrda başlayan 44 günlük ağır döyüşlərdə Azərbaycan hərbçiləri erməni qüvvələrini darmadağın etdilər və Dağlıq Qarabağda irəlilədilər. Sonda Ermənistan Rusiyanın vasitəçiliyi ilə noyabrda qüvvəyə minən sülh müqaviləsini qəbul etməyə məcbur oldu. Razılaşmada Dağlıq Qarabağın əhəmiyyətli bir hissəsinin Azərbaycana qaytarılması və ətraf 7 rayonun təhvil verilməsi tələb edilirdi”.
“Washingtontimes”da həmçinin sülh sazişinin bəndlərində yer alan sözləşmənin yerinə yetirilmə prosesindən də bəhs edilir.
“Laçın qaytarılan ən sonuncu ərazi idi. Vasitəçi Rusiya isə regionda sülh prosesinə və girovların qaytarılmasına nəzarət etmək üçün 5 il müddətinə 2000 sülhməramlını bu əraziyə yerləşdirib. Rus qoşunları, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında Laçın bölgəsi üzərindən təhlükəsiz tranziti də təmin edəcəklər”.
Məqalədə Prezident İlham Əliyevin Qarabağ döyüşləri zamanı 94 azərbaycanlı mülki şəxsin öldürüldüyünü və 400-dən çox insanın yaralandığı barədə verdiyi məlumat da yer alıb.
Xatırladaq ki, Ermənistanın Səhiyyə Naziri keçən ay əməliyyatda ən azı 2425 erməni hərbçinin öldürüldüyünü açıqlayıb.
Bundan başqa nəşr bu proseslərin bölgədə Türkiyə hökumətinin nüfüzuna artırdığını və sülh razılaşmasının yerinə yetirilməsini təmin etmək üçün Rusiya ilə ortaq bir monitorinq mərkəzi yaradacağı üçün saziş bağladığını da vurğulayıb.
Yazıda noyabrda bağlanan sülh müqaviləsini Azərbaycanın qələbəsi və Ermənistanın məğlub olması kimi dəyərləndirilib.
“Əliyev “artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur” deyərək, Azərbaycanın və bütün Dağlıq Qarabağ sakinlərini öz vətəndaşları hesab etdiyini və onların rifahlarını təmin edəcəyini qeyd edib”- deyə nəşr yazıb.
Sonda məqalədə 26 il əvvəl ailəsi ilə birlikdə Laçından qaçmaq məcburiyyətində qalan 56 yaşlı Qurban Həsənovun fikirləri yer alıb.
“Tezliklə doğma diyarım Laçına qayıdıb orada coğrafiya fənnindən dərs demək istəyirəm. Ermənilər Kəlbəcərdən çıxanda, evlərin çox hissəsini yandıraraq tərk edib. Ümid edirəm ki, Laçın boşaldılanda bu hadisələr təkrarlanmayıb”, - deyə sonda qeyd olunub.
Vüsalə Balayeva. Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:18 / 02.12.2020
Qarabağ zəfəri “Washington Times”ın gündəmində
Hazırda oxunan: Qarabağ zəfəri “Washington Times”ın gündəmində
Hazırda oxunan: Qarabağ zəfəri “Washington Times”ın gündəmində
4139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.