Argentinalı hücumçu Lionel Messi Kataloniya “Barselona”sından ayrıldıqdan sonra karyerasını "Atletiko Madrid"də davam etdirə bilərmiş.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “gazeta.ru” saytı yayıb.
Mənbə yazır ki, 2020/21-ci il mövsümündə İspaniya çempionatında qızıl medal qazanan Madrid klubunun çalışdırıcısı Dieqo Simeone uruqvaylı hücumçu Luis Suaresdən Messi ilə əlaqə saxlamasını istəyib:
MÖVZU İLƏ BAĞLI:
“Ronaldo və Messinin gedişindən sonra La Liqada hər şeyi uduzduq” - Simeone
"Mən Leoya yox, Luis Suarezə zəng edərək Messinin “Atletiko”ya keçə bilmə ehtimalını soruşdum. Danışıqlar üç saat davam etdi, həmin vaxt isə PSJ Lionelin imza atması prosesinə başlamışdı”.
Qeyd edək ki, Messi və Suarez dostdurlar, 2014-cü ildən uruqvaylı futbolçunun Katalonlara qatıldığı vaxtdan bəri “Barselona”da birlikdə oynayırlar.
2020-ci ilin yayında baş məşqçi Ronald Kuman vəzifəyə keçdikdən sonra deyib ki, Suaresin xidmətlərinə maraq göstərmir. Bu səbəbdən Luis “Barselona”nı tərk edərək “Atletiko”ya tarnsfer olunub.
Messi 2020-ci ilin yayında Çempionlar Liqasının 1/4 finalında "Bayern"ə 2: 8 hesabı ilə uduzduqdan sonra komandadan ayrılmaq istədiyini açıqlayıb, amma nəticədə fikrini dəyişib.
Ancaq 2021-ci ilin yayında komanda onunla yeni müqavilə imzalamadığı üçün “Barselona”nı tərk edib. İndi Messi PSJ-də oynayır.
Bizim.Media