ABŞ borclarını 28,4 trilyona çatdırdı – Bayden sənədə imza atacaqmı?

Hazırda oxunan: ABŞ borclarını 28,4 trilyona çatdırdı – Bayden sənədə imza atacaqmı?

41388

ABŞ Konqresinin Nümayəndələr Palatası federal hökumətin defoltunun qarşısını alacaq borc limitinin qısa müddətə artırılmasına dair qanun layihəsini təsdiqləyib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Palatada 219 səs lehinə, 206 əleyhinə olmaqla qərar qəbul edilib. 

Layihə dövlətin borc limitinin dekabrın 3- nə qədər dondurulmasını nəzərdə tutur. Bu müddətə qədər ölkənin borcu 480 milyard dollar artırılacaq. Bununla limit 28 trilyon 400 milyard dollara çatacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Baydendən qaçqınlarla bağlı MÜHÜM QƏRAR


​​​​​​​Layihənin qüvvəyə minməsi üçün yalnız ABŞ prezidenti Co Baydenin sənədi imzalaması qalıb.

Qeyd edək ki, daha əvvəl Co Bayden konqresin hər iki palatasında təsdiqlənəcəyi halda sənədə imza atacağını bildirib.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin