2021-2022-ci tədris ili ərzində Təhsil Nazirliyi və Code Academy şirkətinin əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrinin ümumilikdə 1000-ə yaxın tələbəsi İnformasiya Texnologiyaları ixtisaslarının aktual istiqamətləri üzrə tədris proqramlarına cəlb olunacaq.
Bizim.Media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Təhsil Nazirliyi mebel alışı üçün TENDER elan etdi - QİYMƏT
Nazir bildirib ki, ilkin mərhələdə Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetininin müvafiq ixtisaslarda təhsil alan 150-ə yaxın tələbəsinə Proqramlaşdırma, Şəbəkə Administratorluğu, İT mütəxəssisi (helpdesk), Sistem və Bulud texnologiyaları modullarının öyrədilməsi nəzərdə tutulub.
Bizim.Media