Azərbaycana yeni peyvənd gətiriləcək? – RƏSMİ CAVAB 

Hazırda oxunan: Azərbaycana yeni peyvənd gətiriləcək? – RƏSMİ CAVAB 

41300

“Hələ ki, Azərbaycanda dörd növ vaksin istifadə olunur və bu da kifayətdir”. 

Bizim.Media-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə açıqlamasında Azərbaycana yeni vaksin gətirilməsi ilə bağlı suala cavab verərkən deyib. 

O qeyd edib ki, əhali üçün kifayət qədər növdə vaksin təqdim edilib:

“Hesab edirəm ki, hələlik Azərbaycana yeni peyvəndin gətirilməsinə ehtiyac yoxdur”. 

Qeyd edək ki, hazırda Azərbaycanda Çinin SINOVAC, İngiltərənin AstraZeneca/Vaxzevria, Almaniyanın Biontech/Pfizer və Rusiyanın Sputnik V vaksinləri tətbiq olunur. Bunların hər biri keyfiyyətinə görə təsdiqlənmiş dünyanın ən öncül vaksinlərindən hesab olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin