43 istiqlalçı DEPUTAT – “Bu təşəbbüs Prezident İlham Əliyevdən gəlib”

Hazırda oxunan: 43 istiqlalçı DEPUTAT – “Bu təşəbbüs Prezident İlham Əliyevdən gəlib”

41257

1991-ci ildə Azərbaycanın Müstəqillik Aktına imza atan 43 deputat olub. Onlar istiqlalçı deputatlar sayılır. İstiqlalçı depuatatlar arasında Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Tahir Kərimli hazırda da millət vəkili kimi parlamentdə yer alırlar. Lakin istiqlalçı deputatlar arasında heç deputat pensiyası ala bilməyənlər də var. 

Bizim.Media-ya özəl açıqlamasında istiqlalçı deputat Cümşüd Nuriyev bildirdi ki, Azərbaycanın müstəqilliyinə imza atan deputatlardan 20-si dünyasını dəyişib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Müstəqillik üçün çalışanlar 200-300 manat təqaüdlə yaşayırlar” - DEPUTAT 


Bəziləri isə o vaxt “KQB” izləmə, dinləmələrinə görə, akta imza atdıqlarını danıblar:

“O vaxt mən Ali Sovetin Rəyasət Heyətinin ən cavan üzvüydüm. Moskvanın xüsusi tapşırığı ilə məsələmiz Rəyasət Heyəsitndə qoyulmuşdu. İndi bəziləri özünü başqa cür təqdim edir, çünki həmin 43 nəfərdən bir neçəsi imtina etdi ki, guya kimsə onun yerinə səs verib”. 

Parlamentdə istiqlalçı deputatların təqaüd məsələsi müzakirə olundu. Sabir Rüstəmxanlı çıxışında bildirib ki, vaxtilə müstəqillik üçün çalışanlar 200-300 manat təqaüdlə yaşayırlar. Bir istiqlalçı deputat kimi bu barədə nə deyə bilərsiniz?

“Əslində bu təşəbbüs Prezident İlham Əliyev tərəfindən gəlib. Mən Müzəffər Ali Baş Komandana bir müharibə veteranı kimi öz minnətdarlığımı bildirirəm. Çünki bu, istiqlalçı deputatların haqqıdır. Bizimlə birlikdə həm də Ümumilli Lider Heydər Əliyev var idi. Bu, Heydər Əliyevin, dünyasını dəyişmiş bütün istiqlalçı deputatların xatirəsini yad etməkdir”.

Cümşüd Nuriyevin fikrincə, məsələnin bu qədər böyüdülməsində günahkar olan adamlar var:

“Amma onların adlarını çəkmək istəmirəm. İnanıram ki, Azərbaycan dövləti öz deputatlarına sahib çıxacaq. Açığı istəməzdim ki, məsələ bu qədər uzansın. Çünki istiqlalçı deputatların içərisində imkansızlar var idi. Hətta biz onları müalicəyə göndərmək üçün öz aramızda pul da yığmışıq. Biz həmişə dövlətimizin yanında olmuşuq. İnanırıq ki, dövlət də bizim yanımızda olacaq. 
 

Bu işi hüquqi cəhətdən dolaşığa salanlara da sağ ol deyirəm ki, heç olmasa susdular. Onsuz da, istiqlalçı deputatlar məsələni Avropa Məhkəməsinə qədər aparıb.


Düzü, o vaxt pensiya yaşım deyildi, müraciət də eləməmişəm. Amma Azərbaycanın daxilində həll ola bilən bir məsələni bu səviyyəyə qaldırmaq nəyə lazımdır? Yenə də cənab Prezident sağ olsun ki, təşəbbüslə çıxış elədi və bizim ona müraciətlərimizə müsbət münasibət bildirdi”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin