İran daha 4 məhkumu gizli şəkildə edam etdi

Hazırda oxunan: İran daha 4 məhkumu gizli şəkildə edam etdi

41127

İranda qəsdən adam öldürmədə günahlandırılaraq ölüm cəzasına məhkum olunmuş daha 4 məhkum edam edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran" Teleqram kanalı yayıb.

Mənbə yazır ki, məhkumların edamı “Ölüm Cəzasına Qarşı Beynəlxalq Mübarizə Günü"nə təsadüf edib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, məhkumlar Meysəm Atetifərd, Hadi Razi, Rəsul Əkrəmi və Ümid Keştkar oktyabrın 9-u səhər saatlarında Şiraz şəhərinin mərkəzi zindanında dara çəkiliblər.

Edam edilən məhkumların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin