Qubada naməlum MƏZARLIQ tapıldı – İnsanlar yandırılaraq quyulara doldurulub – FOTOFAKT - ÖZƏL

Hazırda oxunan: Qubada naməlum MƏZARLIQ tapıldı – İnsanlar yandırılaraq quyulara doldurulub – FOTOFAKT - ÖZƏL

41121

Qubanın İkinci Nügədi kəndinin ərazisində, hündür təpəlik və meşəlikdə tarixi məzarlıq aşkar edilib. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Quba sahəsinin mütəxəssisləri araşdırma aparıb. Xidmətin Şabran regional idarəsinin rəisi Sabit Qurbanov və mütəxəssislər əraziyə geniş şəkildə baxış keçiriblər. Verilən məlumata görə, tapılan məzarlıq hündür təpəlikdə yerləşir. Burada nə vaxt basdırıldığı hələlik məlum olmayan insanların yandırılaraq quyulara xaotik şəkildə  qalaqlandığı bildirilir.

Hətta baş mütəxəssis Rüstəm Məlikov tapılan insan sümüklərinin birində güllə izi olduğunu da açıqlayıb. 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin rəisi Sabit Qurbanov Bizim.Media-ya açıqlamasında bildirib ki, dini ayinlərə uyğun basdırılmayan insan sümükləri ilə bağlı iki versiya var: 
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə darmadağın edilmiş ALBAN məzarlığı - SENSASİON VİDEO


“Ola bilər hansısa dövrdə kütləvi xəstəlikdən ölən insanları yandıraraq quyulara qalaqlayıblar. İkinci versiya isə, bu vəhşiliyin 1918-ci ildə Quba qəzasını viran qoyan ermənilərin azərbaycanlılara qarşı soyqırımı ola bilər.  Çünki bu cür vəhşilik adətən onlardan çıxır. Amma bütün bu ehtimalları mütəxəssislər təsdiqləməlidir. 
 

Artıq regional idarə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətini, qurum da öz növbəsində Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunu məlumatlandırıb.  


Həmin institutun şöbə müdiri Qəhrəman Ağayev Bizim.Media-ya açıqlayıb ki, "tapılan sümüklərin hansı dövrə aid olmasını və hansı səbəbdən belə qalaqlanaraq basdırılmasını  əraziyə baxış keçirəndən sonra demək  olar.  Əlaqədar qurumlardan instituta müraciət daxil olan kimi,əraziyə baxış keçiriləcək və konkret fikir açıqlanacaq."

Onu da əlavə edək ki, Bizim.Media-nın iştirakı ilə bu gün Quba icra başçısı Ziyəddin Əliyevin göstərişilə birinci müavini Tariyel İbrahimov, Dövlət Təhlükəsizlik Xidmətinin, rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları İkinci Nügədi kəndində aşkar edilmiş məzarlığa baxış keçiriblər. Əldə etdiyimiz məlumata görə, sözügedən məzarlıq 6-7 il əvvəl bu ərazidə aşkar edilib. Yağış suları yuduqca təpənin yüksəkliyindən insan sümükləri üzə çıxır. Ərazinin geniş tədqiq edilməsinə ehtiyac var.

Aytəkin Alxaslı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin